POLAD HƏŞİMOVUN HEYKƏLİ QOYULACAQMI?backend

POLAD HƏŞİMOVUN HEYKƏLİ QOYULACAQMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiririk ki, müvafiq dövlət orqanı tərəfindən qərarın qəbul olunduğu təqdirdə ucaldılması təklif olunan heykəl layihəsinə “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası”nın növbəti iclaslarında baxıla bilər”.
Bunu TİA. Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev dünən sosial şəbəkə hesabında şəhid general Polad Həşimovun Azərbaycan Dövlət Rəssamlıq Akdemiyasında hazırlanmış heykəlinin ötən ildən emalatxanda qalması barədə paylaşım edib. Paylaşımda deyilir:
“Azərbaycan Dövlət Rəssamlıq Akdemiyasının tələbəsi olan Təbriz Soltanlının diplom işi (bakalavr pilləsi) olan bu heykəltəraşlıq nümunəsinin müdafiəsində (2021-ci il) mən də iştirak etmişəm. Akademik Ömər Eldarovun sədrliyi ilə keçirilən baxışda bir çox tanınmış sənətkarlar, o cümlədən müxtəlif təşkltların nümayəndələri də iştirak etmişlər. Uğurla keçən müdafiə qurtrar-qurtarmaz salonda heykəlin hara apralıacağı ilə bağlı qızğın fikir mübadiləsi aparıldı. Bir sözlə, onu abidəyə çevirmək iddiasında olanların sayı gözləndiyindən də çox oldu. İndi o vaxtdan BİR İL (!!!) keçsə də vəziyyət dayişməyib. Süni polister materialına köçürülmüş heykəl hələ də Akademiyanın həyətində qalmaqdadır. Görəsən o dil pəhləvanları indi haradadır? Əgər tələbə ürəyinin odu-alovu və Vətən sevgisi ilə yaradılmış bu heykəl indiyə qədər abidəyə çevrilməyibsə, deməli, BİZlƏR hələ də POLAD HƏŞİMOVUN kimliyini dərk etməmişik!!!
44 günlük Vətən müharibəsinin ilhamvericisinə bu münasibət nə deməkdir? Görəsən ölkədə Prezidentdən aşağı vəzifə tutanlar nə düşünürlər? Yoxsa Hacı Zeynalabdin Tağıyevin heykəli kimi, bunun da Bakıda, yaxud da Qəbələdə və Sumqayıtda ucaldılmasını Bəhram Bağırzadə Prezidentdən xahiş etməlidir? Nə etməli? suaına gəlin birlikdə cavab axtaraq”…