Tribuna İnformasiya Agentliyi

“Pokrov Məhərrəm” yenidən azadlıqda

06 İyun

Rusiyada saxlanılan azərbaycanlı iş adamı Məhərrəm Həsənov ( “Pokrov Məhərrəm” kimi məşhurdur) yenidən azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəmkirdən olan iş adamı yerli məhkəmənin qərarına əsasən, ev həbsinə buraxılıb.

Qeyd edək ki, Rusiyada “tərəvəz mafiyası”nın əsas fiqurlarından olan iş adamı ilk dəfə bu ilin martın sonlarında Moskva polisi tərəfindən saxlanılmış, qısa müddət sonra azadlığa çıxmışdı.

Dələduzluq maddəsi ilə ittiham olunan “Pokrov Məhərrəm”  yenidən Moskva polisi tərəfindən saxlanılsa da, bu gün baş tutan məhkəmədə iş adamı ev dustaqlığına buraxılıb.