Podolyak: “Rus çıxıb gedəcək, siz qalacaqsınız…” – XXR planıbackend

Podolyak: “Rus çıxıb gedəcək, siz qalacaqsınız…” – XXR planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak qeyd edib ki, işğal olunmuş şəhərlərdə “referendum” keçirməklə bağlı istənilən təşəbbüs “tamamilə boş şeydir”.
TİA.AZ Unian-a istinadla xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb.
“Referendumların, yerli şuraların uydurma sessiyalarının keçirilməsi, Ukraynanın cənubunun işğal olunmuş şəhərlərində – Xerson, Kaxovka, Geniçeskdə pasportların paylanması ilə bağlı istənilən təşəbbüslər tamamilə əhəmiyyətsizdir. Rusiya qoşunları Ukrayna ərazisini tərk edəcək, onlarla əməkdaşlıq edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar”, – Podolyak vurğulayıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Xerson vilayətində rus işğalçıları bu gün, martın 13-nə qondarma XXR-in yaradılması ilə bağlı “referendum” hazırlayırlar. Bunun üçün işğalçılar Xerson Vilayət Şurasının deputatlarını onlarla əməkdaşlığa razı salmağa və yola gətirməyə çalışırlar.
Martın 12-də Xerson Vilayət Şurasının iclasında 44 deputat Xerson vilayəti ərazisində “xalq respublikası” yaratmaq və Ukraynanın bir hissəsini ələ keçirmək cəhdlərini heç vaxt tanımayacaqları bildirilən müraciətə imza atıb.
Xerson şəhərinin meri İqor Kolıxayev bildirib ki, şəhər şurasının deputatları da işğalçıların qondarma XXR yaratmaq cəhdlərini dəstəkləmirlər.
Hüquq-mühafizə orqanları qondarma “Xerson Xalq Respublikası”nın yaradılmasına hazırlıq – bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq Ukrayna Cinayət Məcəlləsinin Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd etməyə hazırlıq (14-cü maddənin 1-ci hissəsi) faktı üzrə cinayət işi açıblar.