Tribuna İnformasiya Agentliyi

Plovun ziyanlı tərəfləri – BİLİRDİNİZMİ?

24 Mart

Bayram günlərində süfrədən əskik olmayan milli mətbəxin şah yeməyi sayılan plovun orqanizmə ziyanlı tərəflərini bilirdizmi? 

Bayram günlərində süfrədən əskik olmayan milli mətbəxin şah yeməyi sayılan plovun orqanizmə ziyanlı tərəflərini bilirdizmi?

Aş süzəndə istifadə etdiyimiz uzun düyülərin bizə xeyrindən çox ziyanı var. Belə ki, düyü istehsalı zamanı əsas faydalı hissəsi olan liflər, maqnezium, B qrup vitaminlər qişalarla birlikdə təmizlənir. İstifadəyə hazır düyülərin tərkibində yalnız karbohidratlar qalır.

Publika.az xəbər verir ki, Harvard İctimai Qidalanma Məktəbinin alimləri araşdırmalar zamanı 2-ci tip şəkərli diabetlə ağ cilalanmış düyünün istehlakı arasında əlaqə aşkar edib. Məlum olub ki, yüksək glikemik indeksə malik olan ağ cilalanmış düyünün tez-tez istehlakı şəkər xəstəliyinin riskini artırır.

Düyü çox faydalı dietik məhsul olsada nəzərə almaq lazımdır ki, burada söhbət düyünü həftədə bir neçə dəfə istehlak edən insanlardan gedir. 

Əgər siz uzun düyüdən hazırlanmış aşı yalnız bayramlarda və özəl günlərdə yeyirsinizsə, burada böyük təhlükə yoxdur.