Platonun nəzəriyyəsi təsdiqləndi – Yer kublardan ibarətdirbackend

Platonun nəzəriyyəsi təsdiqləndi – Yer kublardan ibarətdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pensilvaniya Universitetindən, Budapeşt Texnologiya Və İqtisadiyyat Universitetindən və Debresen Universitetindən olan tədqiqatçılar belə nəticəyə gəliblər ki, yunan filosofu Platon «Yer kublardan ibarətdir» deyərkən, haqlı imiş. Bu barədə «ScienceDailu» adlı Amerika nəşri yazıb.

Alimlərin cavab axtadığı sual ondan ibarətdir ki, daşı xırda hisslərə sındırarkən, parçalar hansı formanı alırlar? Bunun üçün onlar həndəsi model yaradıblar. Onu təsadüfi şəkildə iki hissəyə bölüblər və bir də, bir də… nəhayət, «bir topa kub» alıblar.

«Platonun bu kəşfini belə izah etmək olar ki, nə vaxtsa bir vahid olmuş cismin hissələri ara məsafəsi olmadan birləşir. Ara məsafəsi olmadan birləşən yeganə çoxüzlü isə kubdur» – tədqiqatın şərhində belə deyilir.

Bu riyazi modelin doğruluğunu yoxlamaq üçün alimlər təbiətdə çoxlu müxtəlif formalı daşları ölçüblər. Onların bəziləri insan əli ilə sındırılıb, digərləri təbiətin gücü ilə. Ancaq istənilən halda onların hssələri kubdan ibarət olub.

Eyi zamanda, alimlər planetdə elə bir yer tapıblar ki, orada «Platonun qaydası» pozulur. Həmin ərazi hündür vertikal kolonlardan ibarət olan Şimali İrlandiyadakı “Nəhənglərin yolu”dur.