Plastik qablarla bağlı qadağaya əməl edən yoxdur, alternativlərə isə imkan verilmir…backend

Plastik qablarla bağlı qadağaya əməl edən yoxdur, alternativlərə isə imkan verilmir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Plastik qabları əvəzləyən alternativlər olmalıdır, insanlar yeməyi əllə yeyəsi deyil ki”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov plastik qablardan istifadəyə qoyulan qadağaya necə əməl olunduğundan danışarkən deyib. Onun sözlərinə görə, əksər hallarda qadağaya əməl olunmur:

“Qadağa qoyulmasından iki aydan artıq vaxt keçməsinə baxmayaraq, müşahidələrimə görə, hələ də bir çox yerlərdə plastik qablardan yenə də istifadə edirlər. Qadağaya haradasa 70-80 faiz civarında əməl olunmur”.

Həmsöhbətimizə görə, belə vəziyyətin yaranmasının səbəbi qoyulan qadağa müqabilində ortada alternativ təkliflərin olmamasıdır:
“Bazar öz aksiomu ilə işləyir. Tələb varsa, təklif də olacaq. Alternativlər yoxdursa, qoyulan qadağalar, verilən qanunlar da işləməyəcək. Hökumət bu illər ərzində çoxsaylı belə təşəbbüslərdə bulunub. Məsələn, tütün və tütün məmulatları haqqında qanuna dəfələrlə dəyişiklik edilib. Siqaretlərin tək-tək və təhsil müəssisələri qarşısında satışı qadağan edilib. Amma görürük ki, qadağaya əməl olunmur.

Alternativ təklif yoxdursa, plastik qabları əvəzləyən yerli istehsal yaradılmayıbsa, yaxud xarici istehsala inteqrasiya olunmayıbsa, əlbəttə ki, qoyulan qadağa yerinə yetirilməyəcək. Təşəbbüs var ki, plastik qabların yerinə Rusiyadan ağac qabığından hazırlanan qab-qaşıq gətirilsin. Lakin bu sahə üzrə biznes fəaliyyətinə də imkan verilmir. Dövlət orqanları bu istiqamətdə paralel iş aparsaydı, alternativlərlə bağlı istehsal yaratsaydı, qadağanın da effekti olardı”.
Qeyd edək ki, Azərbaycanda iyulun 1-dən plastik qablardan istifadəyə qadağa qoyulub.