Piyadanı öldürən və üç maşınla toqquşan “Prado” sürücüsü ilə bağlı açıqlama- VİDEObackend

Piyadanı öldürən və üç maşınla toqquşan “Prado” sürücüsü ilə bağlı açıqlama- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi (DİN) Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurub və idarəetməni itirdiyindən yolun kənarında dayanmış “Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı 3 avtomobillə toqquşub.
Nəticədə T.Aqamedov hadisə yerində ölüb, xəsarət almış M.Əhmədov isə xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.