Tribuna İnformasiya Agentliyi

Piontkovski: “Putin Paşinyana 5-6 naziri tapşıracaq”

12 May

Kremlin nə Azərbaycana, nə Ermənistana simpatiyası var.

Axar.az xəbər verir ki, bunu “Ruskiy Monitor” saytına müsahibəsində politoloq Andrey Piontkovski deyib.

“Qarabağ konflikti hər iki ölkəyə təsir rıçağı üçün Moskva tərəfindən istifadə edilir. Erməni inqilabını Rusiyaya qarşı hansısa geosiya təhdidlərdə ittiham etmək olmaz. Ermənistan hərbi baxımdan Rusiyadan çox asılır. Bu əməkdaşlıq Rusiya bazası kimi Kremlin maraqlarına uyğundur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Paşinyanla Putinin mayın 14-də Soçidəki ilk görüşü Saakaşvili ilə Putinin ilk görüşü kimi çox nəzakətli keçəcək:

“Putin o zaman müəyyən konkret arzularını dilə gətirdi. O, Gürcüstan rəhbərliyində qəti şəkildə toxunulmayacaq 5-6 nəfərin adını çəkdi. Yəqin ki, bu dəfə o, Paşinyana da öz agenturasındakı belə fiqurların adını çəkəcək”.