PFL Azərbaycan Premyer Liqasının başlayacağı tarixi açıqladıbackend

PFL Azərbaycan Premyer Liqasının başlayacağı tarixi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün start vaxtı müəyyənləşib.
TİA.AZ-ın məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.
Qurum yekun müzakirələrdən sonra yeni mövsümün start tarixi kimi avqustun 21-ni müəyyənləşdirib. Bu qərar AFFA İcraiyyə Komitəsi tərəfindən yaradılmış İşçi Qrupunun tövsiyələrini, AFFA ilə aparılan müzakirələri, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın avqustun 10-dan açıq havada idman yarışlarına icazəsini nəzərə alınaraq verilib.