Peyvəndin ilk dozasından neçə gün sonra qoruyuculuq yaranır? (VİDEO)backend

Peyvəndin ilk dozasından neçə gün sonra qoruyuculuq yaranır? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirus peyvəndinin ilk dozasından 6 həftə keçmədiyi  müddətdə  koronaya yoluxma təhlükəsi ilə üz-üzəyik.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında TƏBİB rəsmisi, həkim-infeksionist Fərrux Sədirov deyib. O bildirib ki, peyvəndin I dozasını vurduran şəxslər qorunma tədbirlərinə ciddi yanaşmır:
.
“Son aylar müəyyən  yumşaldılmara gedildi, amma yumşaldılmaların altında sosial məsafə, maska və əl gigiyenasına riayət olunması şərti ilə bağlı qeydlər var idi. Lakin bu qaydalara riayət olunmur. Təbii ki, kiçik yoluxma ocaqları artaraq daha çox yoluxmaya səbəb ola bilir. Təmasların artmasını yoluxma rəqəmlərinə təsir edən birinci faktor olaraq göstərə bilərik. İkinci faktor Delta ştamının klassik COVİD 19-la müqayisədə daha  çox yoluxdurma qabiliyyətinə malik olmasıdır. Digər səbəb isə hələ də vaksin vurdurmayan şəxslərin olmasıdır. Ötən dəfə mətbuat  konfransında da deyildi ki, yoluxanların 90 faizindən çoxu vaksin olunmayan vətəndaşlardır.  Yoluxmanın artmasının digər səbəbi isə natamam, yəni birinci dozanı vurdurandan sonra qorunma tədbirlərini yumşaldan şəxslərdir.  Xüsusilə qeyd edim ki, birinci dozadan sonra qoruyuculuq praktiki olaraq olmur.  İkinci doza peyvənd vurulandan sonra orqanizmimizdə antitel  istehsal edilir və koronaya qarşı qoruyuculuq yaranır. Bu gün İlk dozadan və ikinci dozanın ilk 2 həftəsində  yoluxanların sayı heç də az deyil, xeyli  sayda yoluxma var”.