Peyvənd vurduran amerikalılar ən böyük pul mükafatı uğrunda yarışacaqbackend

Peyvənd vurduran amerikalılar ən böyük pul mükafatı uğrunda yarışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın Nyu-Meksiko ştatında COVID-19-a qarşı peyvənd vurduranlar arasında ən böyük pul mükafatı üçün yarış keçiriləcək.
Bu barədə “ABC News” xəbər verib.
Bildirilir ki, nağd ödəmələrin ümumi məbləği 10 milyon dollar (17 000 000 manat) olacaq. Ən böyük tək uduş 5 milyon dollardır (8 500 000 manat). Bundan əlavə, ştatın dörd regionunun hər birində 250 000 dollar (425 000 manat) mükafat və muzey biletləri də daxil olmaqla daha kiçik mükafatlar veriləcək.
Qalib avqust ayında açıqlanacaq.
Bu qərar, səlahiyyətlilər tərəfindən koronavirus peyvəndinin populyarlaşdırılması ümidi ilə verilib.
Hazırda ştat sakinlərinin 55 faizinin vaksinasiyanın hər iki prosesindən keçdiyi qeyd olunur. Ancaq Səhiyyə Nazirliyi bu rəqəmi 70 faizə çatdırmaq istəyir.
Oxşar lotereyalar digər ştatlarda da keçirilir.