Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 265 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 981, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 24 296 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.