Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 296 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 155, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91 41 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 169 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 279 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 889 829 təşkil edir.