Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 558 vaksin vurulub.
Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 718, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 591 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 481 759, birinci doza peyvəndlərin ümumi sayı 5 326 364, ikinci doza vaksinlərin sayı 4 827 053 təşkil edib.
Üç və daha çox doza vaksinlərin sayı 3 098 441, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 229 901 olub.