Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.

TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 066 951, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 140 918, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 641 918 nəfər təşkil edir.

Ümumilikdə isə 1 284 115 buster doza vurulub.