Peyvənd olunanların sayı açıqlandıbackend

Peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 72 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 329 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 218 651, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 070 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 148 125 təşkil edir.