Peyvənd olunanlar koronavirusa yoluxarsa… – Həkimbackend

Peyvənd olunanlar koronavirusa yoluxarsa… – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həkim-infeksionist Yevgeni Timakov peyvənd olunmuş şəxslərin koronavirusa yoluxduğu zaman peyvənd olunmamışlarda olduğu kimi müalicə edildiyini, ancaq peyvənd olunmuşların proqnozunun daha əlverişli olduğunu bildirib.
TİA.AZ xəbər verir ki, infeksionist müalicə protokollarının hər iki halda eyni olduğunu deyib.
Koronavirusa qarşı peyvənd olunanların simptomlarının, ümumiyyətlə, fərqlənmədiklərini, ancaq orqan və toxumaların məhv edilmə mərhələsinə çatmadığını, müalicə proqnozunun daha əlverişli olduğunu açıqlayıb.
May ayında Rusiya Səhiyyə Nazirliyi Koronavirusun Qarşısının Alınması və Müalicəsi üçün Müvəqqəti Təlimatın 11-ci versiyasını yayımlayıb. Sənədə görə, COVID-19 əleyhinə Favipiravir, Remdesivir, interferon-alfa, Umifenovirdən istifadə edilə bilər.