Peskov: “Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb”backend

Peskov: “Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.TİA.AZ xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: “Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.

Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib