Pentensiar Xidmətin əsgəri özünü güllələyərək öldürübbackend

Pentensiar Xidmətin əsgəri özünü güllələyərək öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

TİA.AZ xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib. Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.