Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
TİA.AZ Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC (VÖEN- 1505345531) olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Mantı LM Group” MMC Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında və 11 saylı cəzaçəkmə müəssisəsində abadlaşdırma işləri görəcək və görülən işlərin qarşılığında 46 min 191 manat alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur.
Rəsmi məlumatlarda “Mantı LM Group” MMC -nin tender müsabiqəsindən (elan 31.05.2021-ci ildə açıqlanıb) cəmi 3 ay əvvəl – 27.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə cəmi 2 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.
Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqi ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.
Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardı:
Şirkətin adı | VÖENİ-i | Hüquqi ünvanı | Nizamnamə kapitalı | Qeydiyyat tarixi |
“MANTI LM GROUP” | 1505345531 | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 27 Yanvar 2021 |
“MADAGAR RF” | 1306982751 | YASAMAL RAYONU, ALATAVA 1 ev.145 | 2 manat | 27 Yanvar 2021 |
“SEMRA SNG” | 1405407581 | NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV 2 MK ev.9 m.4. | 2 manat | 27 Yanvar 2021 |
“LALENDE FM GROUP” | 2006559021 | XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, ELÇİN ƏLİYEV ev.4 | 2 manat | 27 Yanvar 2021 |
“NGN GROUP” | 1006848981 | BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, Z.QƏMBƏROV DÖN. ev.2 m.2. | 2 manat | 28 Yanvar 2021 |