Tribuna İnformasiya Agentliyi

Pentaqon Suriyadakı hərbi bazaya zərbə endirməsi barədə xəbəri təkzib edib

09 Aprel

Suriyanın Homs vilayətində, Tayfur ərazisindəki T-4 hərbi bazasına raket zərbələri endirilib.

TİA.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə “France Presse” bildirib.

SANA agentliyinin xəbərinə görə isə, Suriyanın Hava Hücumundan Müdafiə sistemi hücuma reaksiya verib. SANA hücumun ABŞ tərəfindən endirildiyini istisna etməyib.

Pentaqon isə öz növbəsində Suriyada hərbi bazaya zərbə endirməsi xəbəri təsdiq etməyib. Müdafiə Nazirliyinin rəsmisi hadisədən xəbərdar olduqlarını, lakin heç nəyi təsdiqləyə bilməyəcəklərini deyib.