Pentaqon: Rusiya Ukraynaya hücum etsə, NATO müttəfiqlərinə kömək edəcəkbackend

Pentaqon: Rusiya Ukraynaya hücum etsə, NATO müttəfiqlərinə kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vaşinqton Rusiya-Ukrayna sərhədində baş verənləri izləyir.
TİA.AZ xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, sərhəddə çoxlu sayda Rusiya hərbi qulluqçusu cəmləşib, lakin indiyədək ciddi dəyişiklik olmayıb. “Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığındakı mövqelərində heç bir ciddi dəyişiklik görmürük. Orada hələ də əhəmiyyətli qüvvələr var”, – Kirbi bildirib.
Onun sözlərinə görə, Ağ Ev hesab edir ki, Rusiya hələ də Ukraynaya “hücum” etmək barədə qərar qəbul etməyib. Kirbi vurğulayıb ki, NATO-nun bu regionda əhəmiyyətli resursları var. Pentaqonun sözçüsü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərini təkrarlayaraq: “Əgər işğal baş verərsə və bəzi NATO üzvləri əlavə vəsait və ya rotasiya əsasında qüvvələrin yerləşdirilməsini tələb edərsə”, Vaşinqton bu tələbi nəzərdən keçirəcək.
Bundan bir qədər əvvəl xarici KİV Rusiya tərəfinin qoşun toplamaqda davam etdiyini və Ukraynada hərbi əməliyyatlara başlamağı planlaşdırdığını yazıb. Kreml bu məlumatları “boş, əsassız şəkildə gərginliyin artması” adlandırıb.