Pentaqon: “Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması başa çatıb”backend

Pentaqon: “Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması başa çatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ABŞ Müdafiə Nazirliyi hesab edir ki, Ukrayna müharibədə qalib gələ bilər”.
Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.
Onun sözlərinə görə, Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması yekunlaşıb.
“Rusiya Mariupolu hələ də ala bilməyib. O, qoşunlarının Kiyevdən çıxarıb, qoşunlarını Çerniqovdan çıxarıb. Xarkovu ala bilməyib. Onlar cənubdakı Nikolayevi ala bilməyiblər. Beləliklə, məncə, sübut hər gün gördüyünüz nəticələrdir”, – deyə C.Kirbi bildirib.