Pentaqon Çin istehsalı smartfonları qadağan etdibackend

Pentaqon Çin istehsalı smartfonları qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın bütün dünyadakı hərbi bazalarında təhlükəsizlik səbəbindən Çin istehsalı “Huawei” və ZTE smartfonlarının istifadəsi qadağan olunub.

TİA.AZ xəbər verir ki, bununla bağlı “Washington Post” nəşri Pentaqon nümayəndəsi Deyv İstbernə istinadla məlumat yayıb.

Onun sözərinə görə, əmr aprelin 27-də imzalanıb. Qadağalar internet-modemlərə və digər mobil əlaqə məhsullarına aid edilib.

Nazirlik konkret hansı təhlükədən söhbət getdiyini açıqlamayıb.