Tribuna İnformasiya Agentliyi

Pensiyaya çıxdığı gün milyonçu oldu

05 May
Kanadada Pinq Keun Şum təqaüdə çıxdığı gün “Cek Pot” udub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, aprelin 28-də 2 milyon dollar mükafat qazanıb.
“Cek Pot”un sahibi olan Pinq 3 xoşbəxtliyi – həm Çinə getmək, həm doğum günü, həm də təqaüdə çıxmasının sevincini eyni anda yaşayıb.
“Üç hadisənin eyni ana təsadüf etməsi inanılmazdır. Uzun illər boyu çalışdım və bu sərvəti ailəmlə birgə paylaşmağı düşünürəm”, – deyə o, bildirib.
British Kolumbia Loto Şirkəti Pinqin yaşı və peşəsi barədə məlumat verə bilməyəcəyini açıqlayıb.