Pensiyaların neçə manat artdığını necə hesablamaq olar? – Millət vəkilibackend

Pensiyaların neçə manat artdığını necə hesablamaq olar? – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İndiki halda əmək pensiyası alan vətəndaşlarımızın pensiyası tam məbləğ olaraq indeksasiya faizinə uyğun olaraq artırılır. Məsələn, vətəndaşımızın pensiyası 300 manatdırsa, o zaman həmin pensiyaçının pensiya məbləğinin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq”.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamını şərh edərkən deyib.
“Buna uyğun olaraq 400 manat, böyük məbləğdə pensiya alanların pensiyasında artım faizi daha yüksək olacaq. Bu baxımdan hər bir əmək pensiyası alan vətəndaşımız öz pensiya nəbləğinin üzərinə 11,4% əlavə etməklə pensiyasında nə qəqər artım olduğunu müəyyənləşdirə bilər”.
Vüqar Bayramlı deyir ki, qanunvericiliyə əsasən əmək pensiyaları əvvəlki ildə orta aylıq əmək haqqındakı artan faizlə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksasiya  olunur:
“Məqsəd ondan ibarətdir ki, orta aylıq əmək haqqındakı artım tempinə uyğun olaraq əmək pensiyalarının məbləğində artımlar müşahidə olunsun. Eyni zamanda pensiya kapitalı, yəni yığımlar inflyasiyadan qoruna bilsin və illik inflyasiya səviyyəsi qədər pensiya kapitalına əlavələr edilir. 2020-ci ildə Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq əmək haqqında artım 11,4% olub. Həmin %-ə uyğun olaraq əmək pensiyaları 11,4%-ə indeksasiya olunur. Əvvəlki dövrlərdə əmək pensiyaları baza və yığım hissəsindən ibarət idi. Sonradan pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvg olundu. Əmək pensiyaları yalnız pensiyanın özündən bir hissədən ibarət olduğuna görə tam olaraq əmək pensiyaları indeksasiya olunur”.
Qeyd edək ki, Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.