Pensiyalar artır? – “Bu məbləğ 2025-ci ilə qədər…”backend

Pensiyalar artır? – “Bu məbləğ 2025-ci ilə qədər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov  2025-ci ilə qədər əmək pensiyalarının artırılmasıyla bağlı təkliflərin təqdim olunacağını deyib.

O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği gələn il üçün 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 müəyyən edilib, əmək pensiyalarının minimum məbləği isə hələlik proqnozlaşdırılmayıb.

Maraqlıdır, növbəti iki il üçün  əmək pensiyalarınım minimal həddi hansı məbləğdə ola bilər ? Bu istiqamətdə ciddi artım gözləmək olarmı ?

Mövzu ilə bağlı Gundem.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əmək pensiyaları ilə bağlı minimum əməkhaqqı, təqaüd kimi məsələləri 2025-ci ilə qədər proqnozlaşdırmaq, məbləğ söyləmək çətindir:

“Çünki inflyasiya məsələlərinin hansı yöndə olacağı bilinmir. 2025-ci ilə qədər inflyasiya artacaqmı, azalacaqmı, Azərbaycanın gəlirləri hansı vəziyyətdə olacaq, manatın məzənnəsi necə olacaq kimi məsələlərin hamısı açıq suallardır. Bu suallara konkret cavab olmadan 2025-ci ilə qədər olan parametrləri indidən hesablamaq, hansısa rəqəm söyləmək çətindir. Ola bilər elə bil şərait yaransın ki Azərbaycanda ciddi inflyasiya prosesləri olsun, yaxud da manatın məzənnəsi dəyişsin və manat dəyərdən düşsün. Bütün bunlar yeni hesablama qaydalarına səbəb olacaq”.

Qeyd edək ki, ötən gün  Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

Yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin xərclənəcəyi əsas istiqamətlərdən biri də sosial mudafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsidir.

Belə ki, dövlət büdcəsinin gəlirlərinin (2382,0 milyon manat) və kəsirinin (43,0 milyon manat) artımı və təsdiq olunmuş xərcləri arasında aparılacaq dəyişiklik (561,0 milyon manat) hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin 519,0 milyon manatı sosial müdafiə sahəsinə yönəldiləcək.