Tribuna İnformasiya Agentliyi

Pensiyaçılara qızınmaq pulu da veriləcək…

16 Oktyabr
İsrailin Milli Sığorta Təşkilatı (“Bituah Leumi”) 15 oktyabr çərşənbə axşamı təqaüdçülər üçün  qızınma xərclərini də köçürüb.
Moderator.az  yerli mediaya istinadla xəbər verir ki, adambaşına 562 şekel məbləği 273,5 min təqaüdçünün bank hesablarına köçürülüb.
Həmin pensiya vəsaitini almaq hüququ yaşa görə müavinət, dul qadına verilən müavinət alan və ya  2019-cu ildə  pensiya yaşına çatmış və   oktyabr, noyabr və ya dekabr ayları üçün əlavə vəsait almaq hüququna sahib olan insanlar üçün mümkündür.
Dekabr ayında daha 2 min ahıl insana istilik pulu ödəniləcək.