Tribuna İnformasiya Agentliyi

Pensiyaçılar üçün rahat ölkələr

12 Sentyabr

“Natixis” beynəlxalq maliyyə korporasiyası pensiyaçıların yaxşı yaşadığı ölkələrin reytinqini tərtib edib.

Novator.az-ın məlumatına görə, 43 ölkənin daxil olduğu siyahı iqtisadi, maliyyə və sosial sahələr üzrə 18 aspektin analizi əsasında müəyyən olunub, bu fonda tibbi xidmət səviyyəsi, güzəştlərin verilməsi, ümumi həyat səviyyəsi kimi məsələlər nəzərə alınıb.

Siyahıya İsveçrə başçılıq edir. Sonrakı pillələrdə İslandiya və Norveç qərarlaşıb.

Pensiyaçılar üçün əlverişli ölkələrin ilk onluğunda İsveç, Yeni Zelandiya, Avstraliya, İrlandiya, Danimarka, Kanada, Niderland da yer alır.