Paytaxtın mərkəzində narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb – VİDEObackend

Paytaxtın mərkəzində narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 Paytaxtın Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Azər Qurbanov tutulub. Bu barədə TİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.



Bu şəxsdən külli miqdarda bükümlər şəklində qablaşdırdığı narkotik vasitə heroin, tiryək, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub. Azər Qurbanov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxs barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Azər Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

0