Paytaxtda gündüz saatlarda yağış yağacaqbackend

Paytaxtda gündüz saatlarda yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 15-19, dağlarda 2-7 dərəcə isti təşkil edəcək.