Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandıbackend

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq.

TİA.Az-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki