“Patı-şüşə” qurbanı: damarlarım partlayır, yaram sağalmır, qurd basıb… – VİDEObackend

“Patı-şüşə” qurbanı: damarlarım partlayır, yaram sağalmır, qurd basıb… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkəmizdə “patı”, şüşə kimi adlanan psixotrop maddə metamfetamin vasitələrdən istifadənin geniş yayılması müzakirə mövzusudur.

Demək olar ki, hər gün hüquq-mühafizə orqanları bununla bağlı əməliyyat tədbirləri həyata keçirir və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində işlər aparılır.

Bloqçu Nail Kəmərli “patı” və “şüşə” vasitələrinin qurbanı ilə həmsöhbət olub və bunu lentə alıb.

Narkotik aludəçisi söhbəti zamanı bundan əziyyət çəkdiyini, damarlarının partladığını və bədənindəki yaraların sağalmadığını söyləyib. O, insanlara bu vasitədən uzaq durmağı tövsiyə edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları narkotiklə mübarizə yönündə birgə səy göstərməyə çağırıb. Belə ki, qurumdan əməliyyat tədbirlərindən biri haqda açıqlama yayarkən, bunun ölkə sakinlərinin məlumatları əsasında həyata keçirdiyini bildirib.

Ürəyi zəif olanlar baxmasın