“Past”: Paşinyan konstitusiyanı dəyişdirib prezident olmağa hazırlaşırbackend

“Past”: Paşinyan konstitusiyanı dəyişdirib prezident olmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Past” qəzeti yazır ki, göründüyü kimi, konstitusiya dəyişiklikləri və prezident üsul-idarə sisteminə keçid mövzusu substantiv xarakter alır. Nəşr artıq yazıb ki, bu məsələ indiki hakimiyyət üçün aktuallığını saxlamaqda davam edir.
Qaynarinfo xəbər verir ki, bu haqda Ermənistanın Aysor.am saytının xəbərində deyilir.
“Etibarlı mənbələrimizə görə, Nikol Paşinyan Konstitusiyaya əlavə və dəyişiklikləri hazırlamaq üçün yeni komissiya yaratmaq qərarına gəlib. Üstəlik, mənbələrimiz bildirir ki, onun tapşırığı ilə bu komissiyanın yaradılması üçün təkcə hüquq ictimaiyyəti ilə deyil, həm də sırf hökumətyönlü siyasi qüvvələrin və ictimai sektorun nümayəndələri ilə intensiv danışıqlar aparılır.
Əldə etdiyimiz məlumata görə, prezident seçkilərinin 2022-ci ilin sonuna kimi keçirilə bilməsi üçün əvvəlki komissiyanın işçi təkliflərindən istifadə etməklə, qısa zamanda dəyişiklik layihəsinin hazırlanması üçün “plan” işə salınıb. Əslində, qızıl balıq nağılındakı kimi, Paşinyan artıq baş nazir olmaq istəmir, avtokratik hökmdar olmaq istəyir…” – qəzet yazır.