PAŞİNYANIN XANKƏNDİYƏ GƏLİŞİNƏ HAZIRLIQ GEDİR – SKANDAL İDDİA…backend

PAŞİNYANIN XANKƏNDİYƏ GƏLİŞİNƏ HAZIRLIQ GEDİR – SKANDAL İDDİA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liderlərin Brüssel görüşündən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan niyə Xankəndinə gəlsin ki?
TİA.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu sual edir. Ekspertin fikrincə, onun səfərinin məqsədinin yalnız separatçıların 2 sentyabr “müstəqillik” tədbirləriylə bağlı olduğunu düşünmür.

“Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Xankəndinə gəlməyib. Bilir ki, bu qanunsuz səfər bölgədə gərginliyi artıra bilər. Ancaq ola bilər ki, Paşinyanın mövqeyi dəyişib və yeni yolun çəkilişindən sonra Xankəndinə gəlmək haqqında düşünür. Armen Qriqoyanın Qarabağa gəlişi nəbz yoxlamasıdır və mümkündür ki, Paşinyanın gəlişinə hazırlıq məqsədi daşıyır. Ərazimizə belə bir qanunsuz səfər barədə düşünürlərsə, yolu rahat keçmək üçün Moskvadan icazə almalı olacaqlar. Moskvanın icazəsi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaradacaq. Paşinyanın gəlişi böyük risqdir, ancaq “gəlməz” deyib bu versiyanı bəri başdan rədd edə bilmərik”.

TİA.Az