Paşinyanın son ümidi də məhv edildi – Artur Sarqisyan ölümündən əvvəl baş nazir tərəfindən niyə qəbul edilib?backend

Paşinyanın son ümidi də məhv edildi – Artur Sarqisyan ölümündən əvvəl baş nazir tərəfindən niyə qəbul edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, bu gün görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.TİA.az nazirliyə istinadən xəbər verir ki, bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
Türkiyənin “Sabah” qəzeti isə Sarqisyanla bağlı maraqlı məlumat yayıb.Əsgərlərimiz tərəfindən məhv edilən qoşun komandiri “mühüm fiqur”lardan biri olub. Qəzet istinad etdiyi mənbəyə əsasən bildirir ki, polkovnik Artur Sarqisyan Ermənistanın baş naziri Nikol Paşinyanın etibar etdiyi zabirlərdən biri olub. Hətta onu erməni baş nazir Laçını qorumaq üçün xüsusi olaraq, dəvət edib və tapşırıqlar verib. Paşinyan ona böyük ümidlər bəslədiyini də dilə gətirib.
Rus mənbələri deyir ki, Artur Sarqisyanın öldürülməsi ermənilır üçün ciddi itki olmaqla yanaşı, həm Paşinyanın son ümidlərinin puça çıxması, həm də Laçın cəbhəsində onların ciddi məğlubiyyətləri deməkdir. Yəni, erməni ordusu qeyd olunan istiqamətdə Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcək.