Paşinyanı şəhərə buraxmaq istəməyən mer həbs olundubackend

Paşinyanı şəhərə buraxmaq istəməyən mer həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş nazir Nikol Paşinyanı şəhərə buraxmaq istəməyən mer saxlanılıb.

Ermənistan KİV xəbər verir ki, Gorus şəhərinin meri Aruş Aruşanyan bu gün səhər saatlarında həbs olunub. Onun həbsinə səbəb Nikol Paşinyanı şəhərə buraxmaq istəməməsi və əhaliyə buna imkan verməməklə bağlı çağırış etməsi olub. Hazırda mer həbs olunsa da, əhalinin Gorusun girişindəki əsas magistral yolları bağladığı və Paşinyanı şəhərə buraxmaq istaəmədiyi bildirilir.

Qeyd edək ki, Nikol Paşinyan bir müddət öncədən Sünik vilayətinin (Zəngəzur əraziləri) Gorus, Sisian, Qafan və Mehri rayonlarına səfər etməyi planlaşdırdığını açıqlamışdı.