PAŞİNYANI NİYƏ DEVİRƏ BİLMİRLƏR? – MARAQLI DETALbackend

PAŞİNYANI NİYƏ DEVİRƏ BİLMİRLƏR? – MARAQLI DETAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın Ermənistanda əsas rəqibi kimdir? Beləsi olmadığına görə Paşinyanı devirə bilmirlər, çünki erməni cəmiyyətinin əksər hissəsi ona alternativ görmür. Serj Sərkisyanın hakimiyyəti laxlayanda qarşısında Nikol Paşinyanı gördü, erməni cəmiyyəti onun arxasınca gedib hakimiyyətə gətirdi. Paşinyanın ciddi rəqibi olsaydı, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra parlament seçkisində məğlub olardı”. TİA.Az bildirir ki, analitik Elxan Şahinoğlu belə qeyd edir.

 


Onun fikrincə, əksinə, Paşinyan parlamentdə mövqeyini gücləndirdi:” Keçmiş prezdent Serj Sərkisyan ortada yoxdur, çəkilib kənara, çünki nüfuzunun olmadığını bilir. Digər keçmiş president Robert Köçəryan müxalifətin liderliyinə iddialıdır. Ancaq o parlamentə getməyi özünə sığışdırmayıb, fraksiyasını keçmiş müdafiə naziri Seyran Ohanyana tapşırıb. Köçəryan küçə mitinqlərinə də qatılmır, hər dəfə oğlunu göndərir. Özünü həm parlamentdən, həm də küçə mübarizəsindən yüksəkdə tutur. Ancaq Köçəryan tam passiv görünməsin deyə bu gün tərəfdarlarıyla İrəvandakı “Moskva” (siyasətinə uyğun məkan seçib) kinoteatrında görüş keçirib. Görüş mətbuata qapalı şəkildə keçirilib. Köçəryan növbəti günlərdə mətbuat konfransı keçirməyi düşünür. Əgər Köçəryan fəal siyasətə qayırdarsa qarşısında iki hədəfi – Nikol Paşinyana qarşı istefa hərəkatını genişləndirmək və Ermənistanın Rusiyanın obritindən çıxmasını qarşısını almaq olacaq. Köçəryan hər ikisinə nail olmaq üçün Kremldən dəstək istəyəcək”.

TİA.Az