PAŞİNYANDAN XALQINA: YA SAKİT HƏYAT, YA BAŞIMIZA YAĞAN DRONLAR… – EKSPERT RƏYLƏRİbackend

PAŞİNYANDAN XALQINA: YA SAKİT HƏYAT, YA BAŞIMIZA YAĞAN DRONLAR… – EKSPERT RƏYLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib ki, Ermənistanın Qarabağın “müstəqilliyini” tanımasına dair bəyanatlar təhlükəlidir və müharibəyə səbəb olur.
TİA.Az xəbər verir ki, Nikol seçkidən öncə verdiyi bu açıqlama ilə erməni cəmiyyətinə iki məsələni izah etmək istəyir.
Birincisi, “Qarabağ” vədləri ilə erməni seçicilərin dəstəyini qazanmaq istəyən opponentləri yalan danışır, ikincisi, əgər yeni müharibə istəyirsinizsə, onda Qarabağı tanıya bilərik.


Siyasi ekspert Asif Nərimanlı qeyd edir ki, Paşinyan bununla Qarabağın “müstəqilliyinin” tanınmasının mümkün olmadığını göstərir.
Bu, Ermənistanda hakimiyyətin sərhəd hadisələrindən sonra Qarabağda yaranmış reallığı tədicən qəbul etməsi kimi də başa düşülə bilər. Nikol bununla bölgədə maraqları olan qüvvələrə revanşizmə getməyəcəyinin də mesajını verir.

 


Siyasi şərhçi Ramiyə Məmmədova isə qeyd edir ki, Şuşa Bəyannaməsi bu məsələdə Bakının əlini xüsusilə gücləndirdi. Onun sözlərinə görə, Paşinyan açıqlaması ilə erməni seçicilərinə işarə edir – ya məni, yəni müharibəsiz həyatı, ya da revanşistləri – ölümü, dronların başımıza yağmasını seçin.

TİA.Az