Paşinyandan hakim klana ŞOK: “Baş nazir olsam…”backend

Paşinyandan hakim klana ŞOK: “Baş nazir olsam…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş nazir seçiləcəyim halda, keçmiş hakimiyyət barəsində qisas olmayacaq”.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin baş naziri postuna namizəd Nikol Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, yeni hökumətin tərkibinə oliqarxları daxil etmək niyyətində deyil.

“Mən rəsmən bildirirəm ki, mənim hökumətimdə oliqarxlar olmayacaqlar. İqtisadiyyatda inhisarçılıq olmayacaq”, – Paşinyan jurnalistlərə deyib.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Etiraz aksiyasına rəhbərlik edən “Elk” fraksiyasının lideri Nikol Paşinyan baş nazir postuna əsas namizəddir. Mayın 1-də keçirilən seçkidə o, lazımi səsləri toplaya bilməmişdi. Belə ki, parlamentdə üç fraksiya – “Elk”, “Daşnaksütyun” və “Sarukyan” – Paşinyanı dəstəkləyir. Lakin üç fraksiya ümumilikdə parlamentdə 48 yerə malikdir.

Paşinyanın baş nazir seçilməsi üçün isə ən azı 53 səsə ehtiyacı var. Parlamentdəki çoxluğu hakim Respublika Partiyası təşkil edir. Paşinyanın seçilməsi üçün Respublika Partiyası fraksiyasının ən azı 6 üzvü ona səs verməlidir.