Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMAbackend

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan Rusiya Müdafiə Nazirliyinin Bakı ilə demarkasiyaya hazırlıq mərhələsinə dair təklifləri ilə razıdır”.

“Unikal” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Mənim dünənki bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya ilə bağlı hazırlıq mərhələsinə dair təkliflərlə çıxış edib. Və mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”, – Paşinyan bildirib.

O, müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri həyata keçirmək üçün detalları dəqiqləşdirməyi tapşırıb.

Xatırladaq ki, bir gün əvvəl Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, 2021-ci ilin mayından sonra Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya ilə bağlı 3 təklif verilib: “Mahiyyət etibarilə onların hamısı var idi, indi sadəcə qəbul edilməsi qalır”.