“PAŞİNYAN YENƏ DƏ ANTİ-RUSİYA SİYASƏTİ YERİDƏRSƏ…”- POLİTOLOQDAN RƏYbackend

“PAŞİNYAN YENƏ DƏ ANTİ-RUSİYA SİYASƏTİ YERİDƏRSƏ…”- POLİTOLOQDAN RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda seçki prosesi zamanı – 20 iyun seçki günü baş verən qanun pozuntuları barədə kifayət qədər faktlar qeydə alınıb və bu seçkinin nəticəsini də erməni müxalifəti tanımır. Lakin bütün bunlara baxmayaraq, özünü demokratiyanın qarantı kimi tanıdan ABŞ və Qərb səsini çıxartmadı, seçkinin antidemokratik keçməsinə baxmayaraq, ABŞ və Qərb dövlətləri bütün qanunsuzluqlara göz yumur. ABŞ-ın və Qərbin bir marağı var: Paşinyan yenidən hakimiyyətə gəlsin”.

TİA.Az xəbər verir ki, politoloq Azad Məsiyev belə düşünür. Onun fikrincə, demokratiya ABŞ və Qərb üçün ikinci plana keçdi.

Ekpert hesab edir ki, Paşinyanın hakimiyyətə gəlməsi erməni cəmiyyətini parçalayacaq, gərginliyi yenidən alovlandıracaq.

“Paşinyan hakimiyyəti ABŞ-ın iradəsi altında yenə də anti-Rusiya siyasəti yeridərsə, bu halda regionda Rusiya ilə Azərbaycanın mövqeyi üst-üstə düşəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgənin inkişafı və təhlükəsizliyi üçün təklif etdiyi 3+3 formatını yenidən gündəmə gətirib. Bu təklifin həyata keçməsi ABŞ-n bölgədə siyasi nüfuzunu zəiflədəcək, belə olan təqdirdə ABŞ hər vəchlə bu formatın həyata keçməsinə Paşinyanın əli ilə mane olmağa çalışacaq”.

TİA.Az