Paşinyan yenə canlı yayıma çıxdı – Şuşadan danışdıbackend

Paşinyan yenə canlı yayıma çıxdı – Şuşadan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan baş naziri Nikol Paşinyan bu gün özünün Facebook hesabından yenidən canlı yayıma çıxıb.
Paşinyan Şuşa şəhəri ilə bağlı bir müddət əvvəl dediyi “əhalisinin 90%-i azərbaycanlı olan Şuşa erməni şəhəri sayıla bilərmi?” açıqlamasına izahat verib.O, sözlərinin yanlış anlaşıldığını deyib.
“Mən Şuşa barədə danışarkən Vladimir Putinin təklifinə toxunmuşdum. Amma həmin variant şəhərin 90%-dən çox əhalisinin azərbaycanlı olmasını nəzərdə tuturdu. Odur ki, “Şuşa bu statusda erməni şəhəri sayılırmı” sualına cavab vermişəm”.
Paşinyan Putinin təklifinin qəbul olunacağı təqdirdə, Şuşa əhalisinin 1992-ci ildəki demoqrafik tərkibinin əsas götürüləcəyini xatırladıb.
“Mən bu təklifə reaksiya verdim. Əhalisinin 96%-dən çoxu azərbaycanlı olacaq şəhər necə erməni nəzarəti altında sayıla bilərdi?”-deyə Paşinyan qeyd edib.
Baş nazirin fikrincə, Qarabağın yekun statsununu həll olunmadığı halda bu sayda azərbaycanlı məcburi köçkünün Şuşaya dönüşü qəbuledilməz idi.