Paşinyan Rusiyaya gedirbackend

Paşinyan Rusiyaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək.

TİA.AZ  bildirir ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər.