“Paşinyan, nə oldu yol çəkirdin” deyən qazimiz görün harada işləyir – FOTObackend

“Paşinyan, nə oldu yol çəkirdin” deyən qazimiz görün harada işləyir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində minlərlə qəhrəman oğullarımız iştirak edərək, ana torpağı 30 illik işğaldan azad etdi. O illərdə sosial şəbəkələrdə tez-tez igidlərimizin ruh yüksəkliyini əks etdirən görüntüləri görüb millət olaraq çox sevinirdik.

Hər birimiz bu görüntülərin qəhrəmanlarına uca Allahdan can sağlığı arzu edib, sağ-salamat qayıtmaqlarını diləyirdik. Belə görüntülərin qəhrəmanlarından biri də qazi Elməddin Rüstəmovdur. Onun “Paşinyan, nə oldu yol çəkirdin, nə gündədir yolun” adlı videosu hazırda sosial şəbəkələrdə izlənmə rekordu qırır.

Məsələ ondadır ki, bu video son günlərdə yenilənərək insanların diqqətini daha çox çəkməyə müvəffəq olub. Videoda dostları müharibədən görüntüləri göstərərək Elməddinin hazırdakı iş yerinə diqqət çəkiblər. Məlum olub ki, Elməddin NZS qəsəbəsində yerləşən pivə zavodunun kafesində ofisant işləyir. Metbuat.az qazimizlə söhbət edən zaman o özü də bu faktı təsdiq etdi:

“Mən müharibədən öncə də burada işləyirdim. Müharibə başladı, mən vətənə borcumu yerinə yetirməyə getdim. Daha sonra qayıtıqdan sonra yenə burada işləməyə başladım. Şükür olsun narazılığım yoxdur, halal zəhmətimlə öz pulumu qazanıram”.

Gələcək planları sırasında öz işini qurmaq barədə düşündüyünü deyən 26 yaşlı qazimiz bildirdi ki, o evlənmək barədə də düşünür.