Paşinyan “Nə oldu, Paşinyan?” sözünü eşitməmək üçün yolunu dəyişib – Erməni mediasıbackend

Paşinyan “Nə oldu, Paşinyan?” sözünü eşitməmək üçün yolunu dəyişib – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Qafana səfər edib.
Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Paşinyan Qafanın meri postuna hakim Vətəndaş Müqaviləsi Partiyasından namizəd David Danielyanın atasının dəfn mərasiminə qatılıb.
Erməni mediası bu səfərdə əsas diqqəti Paşinyanın marşrutuna çəkib. “Hraparak” nəşri yazıb ki, Baş nazir azərbaycanlılardan qorxduğu üçün Qafan-Gorus yolundan istifadə etməyib: “Nikol Paşinyan Azərbaycan və azərbaycanlılardan qorxduğu üçün Qafan-Gorus yolu ilə getməkdən imtina edib. Əgər Paşinyan Qafana səfər edərkən bu qədər ehtiyat edir və qorxursa, onun nə vaxtsa Qarabağa səfər edəcəyini gözləmək mənasızdır. Başqa sözlə, Ermənistanın baş nazirinin düz bir ildir Qarabağa səfər etməməsinin səbəbi məhz bu qorxu və narahatlıqdır”.
“Fakt” qəzeti isə Paşinyanın bu addımını biabırçılıq adlandırıb: “Paşinyanı müşayiət edən 20-dən çox maşın və onlarla mühafizəçisi yanında ola-ola, Qafan-Gorus yoluna girməyə cəsarət etməməsi biabırçılıqdır. Görünür, Paşinyan fikirləşib ki, Qafan-Gorus yolunda dayanan Azərbaycan hərbçilər onu görüb, ucadan “Nə oldu, Paşinyan?” deyərlər”.