Paşinyan Kremlin əsas şirkətini hədələdi: “Sizi qruplarla, dəstə-dəstə mühakimə edəcəyik”backend

Paşinyan Kremlin əsas şirkətini hədələdi: “Sizi qruplarla, dəstə-dəstə mühakimə edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya “Qazprom”unun bu ölkədəki törəmə şirkəti olan “Qazprom Ermənistan” şirkətini hədələyib. TİA.AZ xəbər verir ki, bu gün seçiciləri ilə görüşdə o, sözügedən şirkəti siyasətə qarışmaqda və Ermənistana qarşı fəaliyyətdə ittiham edib.

Paşinyan deyib ki, əgər ona çatan məlumatlar təsdiqini taparsa, şirkətə qarşı cinayət işi açılacaq. “Bu cür faktlar varsa, onlarla məşğul olacağıq. Ümid edirəm ki, bu faktlar təsdiqlənməyəcək. Çünki təsdiqlənərsə başqa bir şey ifadə edəcək. Bunun çox ağır nəticələri olacaq”.

O qeyd edib ki, “Qazprom Ermənistan”da çalışanları müxalifətin mitinqlərinə getməyə məcbur edirlər və onlardan seçki günü nəzərdə tutduqları namizədə səs verməsini istəyirlər. “Əks təqdirdə işdən çıxarılacaqları ilə hədələyirlər. Əgər biz müəyyən etsək ki, iyunun 15-nə kimi kimlərsə işdən çıxarılıb, bununla bağlı cinayət işi açacayıq. Mən başa düşmürəm, “Qazprom Ermənistan” şirkəti Ermənistan hökuməti və xalqına qarşı işləyə bilərmi? Hətta bu barədə düşünməsinlər belə. Yoxsa, onlar qrup halında, dəstə-dəstə mühakimə olunacaqlar”.

Qeyd edək ki, “Qazprom Ermənistan” şirkəti Rusiyaya məxsusdur. Belə ki, bu şirkət Rusiyanın “Qazprom” şirkətinin törəməsi hesab olunur. Paşinyanın seçkiyə 4 gün qalmış ruslara məxsus şirkəti hədələməsi, onlara cinayət işi açacağını bəyan etməsi sıradan hadisə hesab olunmur. Bu, Paşinyanın Rusiyaya qarşı konkret addımlar atmaq istəyində olduğunu və seçkilərdən sonra niyyətini gerçəkləşdirəcəyini deməyə əsas verir.

Eyni zamanda, baş nazir bu addımı ilə birmənalı şəkildə “Qazprom”u, dolayı yolla isə Rusiyanı Ermənistanın daxili işlərinə qarışmaqda, Kremlin adamını seçdirmək üçün cəhdlər etməkdə ittiham edib.

Qeyd edək ki, Rusiya Ermənistanda öz adamını hakimiyyətə gətirməyə çalışır. Belə ki, Kremlin dəstək verdiyi əsas namizəd Robert Koçaryandır. Və Moskva bu dəstəyini gizlətmir. Koçaryana rus mediasında geniş imkanlar açmaq, Rusiyada olan nüfuzlu erməniləri onun seçki təbliğatına cəlb etmək, və şübhəsiz ki, maliyyə yardımı göstərməsi də gizlin məsələ deyil. Paşinyan da bunu bildiyindən indiyə qədər ehtiyatla davransa da, artıq seçki ərəfəsində açıq danışmağa və güc göstərməyə başlayıb.