Paşinyan: “Kişisənsə debata gəl, səni məhv edəcəm…”backend

Paşinyan: “Kişisənsə debata gəl, səni məhv edəcəm…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası zamanı rəqiblər bir-birinə kəskin ittihamlar səsləndirməkdə davam edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Aştarak şəhərində tərəfdarları önündə çıxış edərkən keçmiş prezident Robert Köçəryana debatla bağlı yeni mesaj göndərib.

TİA.AZ xəbər verir ki, Paşinyan Köçəryanı yenidən debata dəvət edib.

O deyib ki, Köçəryanla istənilən şəraitdə debaya hazırdır: “Kişisənsə, gəl. Mən səni debata dəvət edirəm, istəyirsən silahla gəl, mən səni sözlə məhv edəcəm”- sitatın sonu.
Paşinyan bildirib ki, seçkilərdən sonra bir çox siyasətçi məhv olacaq: “Bu günə qədər hakimiyyət dəhlizlərində mövcud olan, korrupsiyaya bulaşmış dələduzlar sizi xilas etməyəcək, seçkilərdən sonra hamınızı Ermənistanın siyasi sahəsindən qovacağıq”

Qeyd edək ki, Nikol Paşinyan bundan öncə keçmiş prezidentlər Robert Köçəryanı və Levon Ter-Petrosyanı debata çağırıb.