Tribuna İnformasiya Agentliyi

Paşinyan ilk səfərini Qarabağa edəcək

08 May

Ermənistan müxalifətinin lideri, bu gün parlamentdə keçirilən seçkilərdə baş nazir seçilən Nikol Paşinyan mayın 9-u Dağlıq Qarabağa səfər edəcək.

Oxu.Az “Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, etirazçıların lideri seçkidən öncə verdiyi açıqlamada bununla bağlı məlumat verib.

“Mənim ilk addımım cəbhə bölgəsində vəziyyətlə tanışlıq olacaq”, – o deyib.

Paşinyan vəd edib ki, ölkədə siyasi və iqtisadi motivlər üzrə təqiblər olmayacaq.

“Ermənistanda imtiyazlı insanlar olmayacaq, hamı qanun qarşısında bir olacaq”, – o bildirib.