Paşinyan geri çəkilməyəcəyini bəyan etdibackend

Paşinyan geri çəkilməyəcəyini bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan baş naziri Nikol Paşinyan ölkədəki siyasi gərginliyi şərh edib.
Qaynarinfo xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşdığı statusda istefa vermək fikrində olmadığını deyib.
Onun sözlərinə görə, 2018-ci ildə hakimiyyətdən mərhum olan qüvvələr “elit” inqilaba nail olmağa çalışır:
“Ölkədə mövcud siyasi vəziyyətin təsviri aşağıdakı kimidir:
– inqilab nəticəsində Ermənistanda hakimiyyətdən məhrum olanlar “elit” inqilaba nail olmağa çalışır. Təkcə siyasi “elit”lər, 2018-ci ildən əvvəl imtiyazları olan şəxslər də buna çalışır.
– 2018-ci ildə inqilabdan sonra hakimiyyətdə olmağın şərtlərini hiss edən insanlar isə bu statusu itirmək istəmir, xüsusilə də indi hakimiyyətin xarici təhlükəsizlik məsələlərinə diqqət yetirdiyi vəziyyətdən istifadə edən bəziləri aksiyalara qoşulmayan insanları işdən çıxaracaqları ilə hədələyir.
Deməli, əsl kontrast hakimiyyətlə müxalifət arasında deyil, 2018-ci ildə imtiyazlardan məhrum olan insanlardır. Ancaq bütün hallarda insanlar öz sözünü desə, “elitlər” heç nə edə bilməyəcək. Əlbəttə ki, insanların sözlərini demək şansını itirməsinin qarşısını almaq üçün hər şeyi edəcəyəm. Amma bu nöqtədə bizim üçün prioritet, Ermənistan və “Artsax”ın təhlükəsizliyidir…”.